Məzmuna keç

Veb texnologiyaları/Macromedia Flash

Vikikitab, açıq dünya üçün açıq kitablar
VBScript Veb texnologiyaları

DHTML

Macromedia Flash standartı 1996-cı ildə Macromedia şirkəti tərəfindən işlənmişdir. Bu texnologiyanın əsas təyinatı yüksək keyfiyyətli interaktiv animasiyaların yaradılmasıdır ki, bu animasiyaları kiçik ölçülü fayl şəklində təqdim etmək olar. Macromedia Flash standartının köməyi ilə Web-master müəyyən elementləri monipulyator vasitəsi ilə idarə olunan rəngarəng animasiyalı səhifələr, Web-səhifəyə daxil edilmiş mini oyunlar yaratmaq, multiplikasiyalı kliplər səsləndirmək olar. Başqa sözlə desək Macromedia Flash Java-nın tətbiqi ilə görülən bütün işləri görə bilir.

Macromedia Flash poqramının digər Web-texnologiyalardan üstün cəhəti ondan ibarətdir ki, Macromedia Flash həm piksel, həm də vektor qrafikası ilə işləyə bilən yeganə standartdır. Digər bir üstün cəhəti-mətn Flash proqramına piksellərdən ibarət olan təsvir kimi deyil, bir simvol bir baytlıq informasiya kimi kodlaşdırılan mətn kimi gətirilir. Bu səbəbdən Flash faylları kiçik həcmli olurlar. Macromedia Flash standartında MP3 formatda səs və musiqi faylları da hazırlanır.

Macromedia Flash poqramına Java dilini xatırladan və Java-ya nisbətən daha sadə olan xüsusi dil inteqrasiya edilib. Bu dil ilə yazılan proqram modulları sənədə applet kimi göndərilir və təsvirinin dinamik dəyişdirilməsi lazım gələn animasiyanın istənilən kadrına qoyulur. Xüsusi redaktorlardan istifadə etməklə kiçik bir proqram yazmaq olar ki, onun köməyi ilə kliplərin işıqlanmasını idarə etmək, saytlarda xüsusi animasiyalı ön səhifələr (zastavka) yaratmaq olar. Macromedia Flash texnologiyasının mexanizmi çox sadədir: Web-dizayner tərəfindən yaradılmış interaktiv elementlər və ya animasiyalar HTML səhifəsinə göndərilən interpretə olunmuş koda çevrilir. Kliyent brauzerinin Flash obyektini tanıması üçün istifadəçinin kompyuterinə Macromedia Flash Player adlanan xüsusi proqram (plug-in) instalizə olunur. Bu proqram Macromedia şirkəti tərəfindən pulsuz yayılır. İstifadəçinin brauzeri Flash formatlı sənədlə qarşılaşdıqda, uyğun qovşaqla əlaqə yaradır və nəticədə Flash Player proqramı avtomatik olaraq istifadəçinin kompyuterinə yüklənir.

Mənfi cəhəti: Macromedia Flash standartı yalnız Macromedia Internet Explorer 4.0-5.0, Netscape Navigator 4.01 və yuxarı versiyalı brauzerlər tərəfindən tanınırlar. Digər brauzerlər isə bu standartı tanıya bilmir.