Məzmuna keç

Verilənlər bazası

Vikikitab, açıq dünya üçün açıq kitablar

Verilənlər bazası (VB),(en: database, DB) – kompüterin daimi yaddaşında müxtəlif tiplı (mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s.) verilənlərin saxlanması üçün istifadə edilən xüsusi strukturlaşdırılmış yerdir.

Verilənlər bazası, informasiyanın saxlanmasını və həmçinin tez bir zamanda verilənlərə müraciəti təmin edir. Tətbiqi proqramlar və ya əlavələr verilənlər bazasına daxil olan dəyişənlərin işlənməsinə xidmət edir. Təşkilindən asılı olaraq bazada verilənlər təqdiminin aşağıdakı əsas modelləri vardır:

  1. İerarxik modeldə - verilənlər bazası ağacşəkilli (ierarxik) təşkil olunur
  2. Şəbəkə modelində - verilənlər bazası qraf şəklində təşkil olunur
  3. Relasiya modelində - verilənlər cədvəllərdə yerləşdirilir və bu cədvəllər arasında əlaqə yaradılır.
  4. Obyektyönümlü modeldə - bazanın ayrı-ayrı yazıları obyekt şəklində təşkil olunur.

Hal-hazırda ən populyar model relasiya VB-dır. Relasiya VB cədvəllər, sorğular, formalar, hesabatlar, makroslar, web-səhifələrmodullardan ibarətdir. Verilənlər cədvəlinin strukturu cədvəlin sütunlarının adlarının siyahısı ilə təyin edilir. VB-dan verilənləri çıxarmaq, emal etmək, dəyişmək və silmək üçün xüsusi proqramlar tələb olunur. Bu proqramlar verilənlər bazalarının idarəetmə sistemləri (VBİS) adlanırlar.

Verilənlər bazasını yaratmaq üçün istifadə edilən proqramlar:

Həmçinin bax

[redaktə]

Xarici keçidlər

[redaktə]