Vikikitab:Vikiuşaq nədir?
Vikiuşaq layihəsinin məqsədi 0-12 yaş arası uşaqlara maraqlı, sadə kitablar hazırlamaqdır. Bu kitablar bol şəkil və misallarla zəngin olmalıdır.
Vikiuşaq könüllülərdən ibarət olan beynəlxalq birlik tərəfindən yazılan uşaq kitabları qaynağıdır. Layihə müəyyən təməl qanunlar üzərində qurulmuşdur:
Uşaqların dostudur: Kitablar uşaqların anlaya biləcəyi şəkildə yazılır. Kitablar uşaqlar üçün xüsusi olaraq seçilməkdədir və uşaqların faydasına olmaqdadır. Bu kitablar zəngin şəkil, nümunə və s.. ilə açılmaqdadır.
Əməkdaşlığı dəstəkləyir: Vikiuşaqda yalnız xüsusi istifadəçilər deyil, hər kəs iştirak edə bilər.
Əyləncəlidir: Vikiuşaqda istənilən yaşa uyğun olan, sadə və aydın dildə kitablar yazılır. Buna görə kitablar uşaqlarin bilik yolunu işıqlandırar, onlara dost olar.
Etibarlıdır: Kitablar təsdiqini tapmış xüsusi mətnlər şəklində yazılır.
Açıq və azaddır: Yazdığınız kitabların tərtibatı açıqdır. Yəni kitablar Creative Commons Share-Lisenziyası şərtləri altında pulsuz olaraq paylanmaqdadır.
Əgər bu təməl prinsiplərinə uyğun olmayan kitablar və ya səhifələr görsəniz cəsur olun - bu səhvləri redaktə etməkdən qorxmayın!
Yaxında Vikiuşaq ayrıca bir layihə olaraq qarşınıza çıxacaq, Vikikitabda uşaqlara aid məqalələr oraya daşınacaq.
Vikikitabla əlaqələr
[redaktə]Vikiuşaq, Vikimedia Fondunun və Vikikitabın bir hissəsidir və onların qaydalarına və siyasətinə tabedir. Vikiuşaq ayrıca özünəməxsus müəyyən siyasəti də vardır. Bu siyasətin bəziləri Vikikitabın siyasətlərindən fərqlidir. Məsələn, Vikikitabda istənilən məsələ ilə bağlı məqalə yaratmağa icazə verilərkən Vikiuşaqda yalnız uşaqlara (0-12 yaş) aid mövzularla bağlı məqalələrin (kitabların) yaradılmasına icazə verilir.