Vikikitab:Vikiuşaq nədir?

Vikikitab, açıq dünya üçün açıq kitablar
Bu səhifə Vikikitabın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu, bütün Vikikitabçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə, bu dəyişikliklərin Vikikitabçılar tərəfindən, ilk növbədə isə Vikikitabın idarəçiləri tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa məqalənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin.
Qısayol:
VK:VUA

Vikiuşaq layihəsinin məqsədi 0-12 yaş arası uşaqlara maraqlı, sadə kitablar hazırlamaqdır. Bu kitablar bol şəkil və misallarla zəngin olmalıdır.

Vikiuşaq könüllülərdən ibarət olan beynəlxalq birlik tərəfindən yazılan uşaq kitabları qaynağıdır. Layihə müəyyən təməl qanunlar üzərində qurulmuşdur:

sol Uşaqların dostudur: Kitablar uşaqların anlaya biləcəyi şəkildə yazılır. Kitablar uşaqlar üçün xüsusi olaraq seçilməkdədir və uşaqların faydasına olmaqdadır. Bu kitablar zəngin şəkil, nümunə və s.. ilə açılmaqdadır.

sol Əməkdaşlığı dəstəkləyir: Vikiuşaqda yalnız xüsusi istifadəçilər deyil, hər kəs iştirak edə bilər.

sol Əyləncəlidir: Vikiuşaqda istənilən yaşa uyğun olan, sadə və aydın dildə kitablar yazılır. Buna görə kitablar uşaqlarin bilik yolunu işıqlandırar, onlara dost olar.

sol Etibarlıdır: Kitablar təsdiqini tapmış xüsusi mətnlər şəklində yazılır.

sol Açıq və azaddır: Yazdığınız kitabların tərtibatı açıqdır. Yəni kitablar Creative Commons Share-Lisenziyası şərtləri altında pulsuz olaraq paylanmaqdadır.

Əgər bu təməl prinsiplərinə uyğun olmayan kitablar və ya səhifələr görsəniz cəsur olun - bu səhvləri redaktə etməkdən qorxmayın!

Yaxında Vikiuşaq ayrıca bir layihə olaraq qarşınıza çıxacaq, Vikikitabda uşaqlara aid məqalələr oraya daşınacaq.

Vikikitabla əlaqələr[redaktə]

Vikiuşaq, Vikimedia Fondunun və Vikikitabın bir hissəsidir və onların qaydalarına və siyasətinə tabedir. Vikiuşaq ayrıca özünəməxsus müəyyən siyasəti də vardır. Bu siyasətin bəziləri Vikikitabın siyasətlərindən fərqlidir. Məsələn, Vikikitabda istənilən məsələ ilə bağlı məqalə yaratmağa icazə verilərkən Vikiuşaqda yalnız uşaqlara (0-12 yaş) aid mövzularla bağlı məqalələrin (kitabların) yaradılmasına icazə verilir.

Həmçinin bax[redaktə]