Vikimedia/Vikilüğət
←../ | Vikimedia |
../→ |
Vikilüğət (Wiktionary) - izahedici məqalələr, tezauruslar və tərcümələrin saxlandığı saytdır. Bu layihə müxtəlif dillərdə hazırlanan azad lüğətlər üçün nəzərdə tutlmuşdur.
Layihə 2002-ci ilin dekabrında yaradılmış və hal-hazırda 170 dildə fəaliyyət göstərir. Ümumi halda, 01.10.2008-ci il tarixindəki məlumata əsasən 1,5 mln səhifəyə malikdir. Ən çox məqalə ingilis dilindədir. Daha sonra fransız, vetnam və rus dillərində daxil edilmiş məqalələr üstünlük təşkil edirlər. Bu dillərdən hər biri 100 mindən artıq məqaləyə malikdir.
Son zamanlar Vikilüğət layihəsi VikiMənbə ilə əlaqəli işləyir. Belə ki, Vikimənbə saytına istifadəçilər tərəfindən düzgün tələffüzü göstərən çoxlu sayda səs faylları yüklənmişdir və bu faylları artıq Vikilüğət vasitəsilə əldə etmək mümkündür.
Xarici keçidlər
[redaktə]Vikianbarda Vikimedia/Vikilüğət ilə əlaqəli mediafayllar var. |
Həmçinin bax
[redaktə]Vikimedia Fondu | ||
---|---|---|
Layihələr | Vikipediya • VikiLüğət • Vikikitab • Vikixəbər • Vikiversitet • Commons • Vikisitat • Vikimənbə • Vikinövlər • Meta-Viki | |
Müəlliflər | Cimmi Ueyls • Larri Senger |