Məzmuna keç

Vikiuşaq:Heyvanlar aləmi

Vikikitab, açıq dünya üçün açıq kitablar
Niko Heyvan aləminə xoş gəlmisiz!
Yer üzündə müxtəlif növ heyvan yaşayır.Onların biri Niko Isazadədir .Onların bir qismi bitki, digər qismi isə ətlə qidalanır. Bir qismi suda, digəri quruda yaşayır. Hətta dünyaya bala gətirmək üsuluna görə də onlar müxtəlifdirlər.

Ümumi məlumat

[redaktə]

Heyvanlar aləmi çox müxtəlif və zəngindir. Planetimizdə yaşayan heyvan növlərinin sayı 2 milyondan artıqdır. Heyvanlar arasında balıqlar, amfibilər, sürünənlər, quşlar, qurdlar, cücülər vardır. Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə fərqlənirlər.

Heyvanlar hər yerdə - torpaqda, suda, havada yaşamağa uyğunlaşmışlar. Bir çox heyvanlar bitkilər - yarpaqlar arasında, güllərdə və ya ağacın gövdəsində, digər heyvan orqanizmlərində - müxtəlif canlıların bədənlərində, hətta insan orqanizmində yaşayır.

Heyvanlar aləmindən bəhs edən elm zoologiya adlanır. Yunanca zoon - heyvan, loqos - elm, təlim deməkdir. Zoologiya heyvanlar aləminin müxtəlifliyini, onların quruluşunu və həyat fəaliyyətini, yaşadıqları mühitlə əlaqəsini, fərdi və tarixi inkişaf qanunauyğunluqlarını öyrənir.

Hazırda heyvanlar 23 tipə ayrılır. Hər tip isə bir və ya bir neçə siniflərə bölünür. Bu qayda üzrə siniflər dəstələrə, dəstələr fəsilələrə, fəsilələr cinslərə, cinslər isə növlərə ayrılır.

Mündəricat

[redaktə]

Quşlar

Balıqlar

Böcəklər

Məməlilər

Sürünənlər


Həmçinin bax

[redaktə]