Vikiuşaq:Heyvanlar aləmi/Böcəklər

Vikikitab, açıq dünya üçün açıq kitablar
Ağac böcəyi

Böcəklər həyat tərzinə görə və qidalanmalırana görə çox müxtəlifdir. Onlar quru su mühitində yaşamağa uyğunlaşmışdır. Onların bir çox növləri kənd təsərrüfatı və meşə bitkilərinə, qida ehtiyatına, mebelə, kitablara və s. zərər verir. Bir qisim növləri (parabüzən və karabid böcəklərinin bəzi növləri) yırtıcı həyat tərzi keçirir və bitki zərərvericilərinə qarşı bioloji mübarizədə istifadə olunurlar.

Qidalanma xüsusiyyətlərinə görə Böcəklər bitki yeyənlər (fitofaqlar), çürüntüyeyənlər (saprofaqlar) və yırtıcılara bölünür.

Böcəklərin bədən ölçüsü müxtəlif olub, (0.3-155 mm) Yer kürəsində geniş yayılmışdır. Növlərinin müxtəlifliyinə, çoxluğuna görə, böcəklər diqqəti cəlb edir.

Təqribən 140 fəsiləyə mənsub 300 minə qədər növü var. Azərbaycanda 5 minə yaxın növü məlumdur.