Vikiuşaq:Təbiət/Bulud
Görünüş
Bu məqalə Vikiuşaq aləminə aiddir.
Bulud — Atmosferdə hərəkət edən buxarlanmış su yığımı. Buxarlanmış su damlaları buludları əmələ gətirir. Hava isti olanda yer səthindəki sular buxarlanır. Bu buxar göy üzünə qalxdıqda bulud əmələ gətirir. Planetimizin çox hissəsini dənizlər və okeanlar tutduğu üçün onların səthində daim buxarlanma prosesi baş verir. Buludlar qışda yeri soyumaqdan, yayda qızdırmaqdan qoruyur. Düz radiasiyanın qiymətini azaldır.
Buludların 3 əsas tipi vardır: Sirus (lələkvari bulud), kümülüs (topa bulud), Stratus (lay bulud)
- Laylı buludlar — 2-3 km-ə qədər yaranan buludlardır. Bu buludlar göy üzünü tam örtə bilərlər. Əsasən qışda üstünlük təşkil edir. Yağıntı arasıkəsilməz olur.
- Topa buludlar — qızmar rütubətli havanın sürətlə yuxarı qalxması nəticəsində 3-6 km hündürlükdə yaranır. Bu buludlardan leysan və dolu yağır
- Lələkvari buludlar — daha hündürdə 6 km-dən yüksəkdə (bəzən10-12 km) əmələ gəlir. 0°C temperaturdan aşağı bir şəraitdə yarandığından buz kristallarından ibarət olur. Əsasən qışda formalaşır. Lələkvari buludlardan yağıntı düşmür.
Həmçinin bax
[redaktə]Təbiət | |
---|---|
Heyvanlar aləmi | |
Bitkilər | |
Cansız təbiət |