Vikiuşaq:Təbiət
Görünüş
Ətrafımızda gördüyümüz hər bir cisim təbiət adlanır. Təbiət 2 yerə bölünür: canlı və cansız.
Cansız təbiət
[redaktə]Cansız təbiəti aşağıdakı şəkildə ayırmaq olar:
- Səma cisimləri (günəş, ay, planetlər, ulduzlar,)
- Hava cisimləri (bulud, yağış, külək, şeh, qar)
- Yerin quru hissələri (materiklər, qitələr, adalar, yarımadalar, dağlar)
- Yerin sulu hissələri (okeanlar, dənizlər, göllər,çaylar, bulaqlar)
Canlı təbiət
[redaktə]Canlı təbiət — bütün orqanizmlərin cəmidir. Elmdə o 7 növə bölünür: viruslar, protistlər, arxeylər, bakteriyalar, göbələklər, bitkilər və heyvanlar.