Məzmuna keç

Vikiuşaq:Təbiət/Külək

Vikikitab, açıq dünya üçün açıq kitablar

Bu məqalə Vikiuşaq aləminə aiddir.

Külək — günəş yerin bir hissəsini isinir digər hissəsi isə soyuq qalır, isti hava yuxarı qalxır, soyuq hava aşağı enir, yəni hərəkət edir və külək əmələ gətirir. Güclü külək tufan, qasırğa adlanır. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır.

Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər.

Bütün il boyu istiqamətini dəyişməyən küləklərə daimi küləklər deyilir. İl ərzində istiqamətini iki dəfə dəyişən küləklərə mövsümü külək deyilir.

A)Dəniz Brizi-gündüz yaranır.B)Kontinental Briz-gecə yaranır.

Sutka ərzində istiqamətini iki dəfə dəyişən küləklərə briz yaxud sahil küləkləri deyilir. Bu küləklərin yaranmasında sutka ərzində quru ilə suyun müxtəlif qızıb soyumasıdır. Sutka ərzində quru ilə su arasında təzyiq fərqi böyük ola bilməz. Ona görə də bu küləklər zəif olur. Gündüz quru səthi çox qızır və isti hava yuxarı qalxır, quru üzərində alçaq təzyiq formalaşır. Ona görə də günortadan sonra sudan quruya doğru küləklər əsir (gündüz brizi). Bu küləklərə "axşam mehi" də deyirlər. Gecə qurunun sürətlə tez soyumasıyla təzyiq yüksəlir. Su isə daha az soyuyur. Su üzərində təzyiq quruya nisbətən az olur. ona görə də gecə yarısından sonra, səhərə yaxın qurudan suya doğru küləklər əsir. Bu küləklərə gecə brizi deyilir. Brizlər yağış gətirmir.