Məzmuna keç

Vikiuşaq:Heyvanlar aləmi/Pişikkimilər

Vikikitab, açıq dünya üçün açıq kitablar

Bütün müasir və nəsli kəsilmiş pişikkimilərin başı kiçik, gövdəsi yaraşıqlı və əzələli, ayaqları gödək, lakin güclüdür. Caynaqları tamamilə, yaxud qismən içəri çəkilə bilir. Əksəriyyətinin quyruğu uzundur. Bir qismi balaca (ev pişiyi), digəri iridir (şir, pələng). Tükləri qısadır. Müxtəlif rənglərdə olurlar.

Ev pişiyi

[redaktə]
Türk pişiyi

Ev pişikləri evlərdə bəslənə bilən, kiçik, məməli, ovçu və ətyeyən heyvanlardandır. Pişiklər ümumiyyətlə qara, sarı, boz və ağ rəngli, ya da bu rənglərin bir neçəsi ilə alacalıdır. Tekir deyilən qara xətt və xallar ilə bəzənmiş pişiklərə olduqca çox rast gəlinir.

Artıq pişiklərin təhlükəni hissetmə bacarıqlarının olması elə də sirr deyil, buna görə də insanlar onları hansısa səyahətə, gəmi səyahətinə və s. yerlərə özləri ilə götürürlər.

Məsəlçün, Neapolitan axınının sahilində yerləşən Vezuviya adlanan yerdə elə bir insan yoxdur ki, evində pişik olmasın. O yerlərdə tez-tez vulkan püskürdüyündən məhz pişiklərin birinci evdən qaçdığını görən ev sahibləri təhlükənin olduğundan xəbərdar olurlar.

Hətta 2-ci Dünya Müharibəsi zamanı evlərə bomba düşmək riski artığı zaman ilk olaraq evlərdən pişiklər qaçırdılar. Bu cür hallara bütün müharibə olan ölkələrdə rast gəlinib. İnsanlar onun şahidi olublar ki, bombanın yaxınlaşdığını göstərən cihazdan qabaq bunu pişiklər görüb, hiss edirlər. Pişiklərinin bir az da olsa narahatlılıqlarını görəndə ev sahibləri tez zirzəmilərə gedib gizlənirdilər. Müharibə zamanı pişiklərin bu cür bacarıqlarına görə hətta Avropada ən çox insan həyatını xilas edə bilmiş pişiklərə medal da verilmişdir. Medalın üzərində yazılmışdır: “Biz də vətənə qulluq edirik!”.[1]

Pələng

[redaktə]
Pələng

Pələng böyük pişiklər ailəsinin dörd üzvündən biridir. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür.

Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan arasındakı bölgələrdə yaşayırlar. Çoxu pələng kamuflajlarının ideal uyğunlaşma təmin etdiyi və sürətli və ya daha çevik ovları yaxalamlarının daha asan olduğu meşələrdə və otlaqlarda yaşayır.

Hindistanda, Türkiyədə, Çində, demək olar ki, bütün Asiya qitəsində yaşayarlar. Böyük pişiklər arasında yalnız pələng və yaquar yaxşı üzgüçülərdir. Pələnglər tez-tez su hövzələrində, göllərdə və çaylarda yuyunurlar. Pələnglər adətən maral, çöl donuzu və s. heyvanlarla qidalanırlar. Buna baxmayaraq, bəzən daha kiçik heyvanlar da onların ovu ola bilir.

Şir

[redaktə]
Şir

Şir heyvanların şahı hesab edilir. Şirlərin çəkisi 250 kiloqrama qədər, uzunluğu isə 3 metr olur. Nə vaxtsa Yunanıstandan Hindistanadək olan ərazidə geniş yayılmış şirlər indi əsasən Afrikanın şərqində və cənubunda kiçik dəstələr halında yaşayırlar. Bu dəstələri "prayd" adlandırırlar. Praydlar bir neçə yetkin erkək (bir və ya iki) və bir neçə dişidən ibarət olur.

Öz iti caynaqları və dişləri ilə pişikkimilərin ən böyük nümayəndəsi olan şirlər zürafədən tutmuş kütləsi 4 tona çatan hipopotam və hətta cavan filləri də yeyir.

Öz ölçülərinə görə erkəklərdən daha kiçik olan dişi şir buna baxmayaraq erkəklərdən daha sürətlidir (saatda 50 km-dək ) və insanlar üçün daha təhlükəlidir, xüsunən də balalarına qulluq edən zaman. Məhz dişilər gənc şirləri ov etməyə öyrədirlər.

Güclü və sağlam şirlər otyeyən heyvanlarla qidalanır. Onlar qrup şəklində ov edirlər - əvvəlcə sürünərək qurbanlarına gizlicə yaxınlaşırlar, sonra qəflətən ona hücum edirlər. Şirlər qrup halında ov etsələr də, onların 5 cəhdindən yalnız biri uğurla başa çatır. Şirlərin gözü qaranlıqda yaxşı görür. Buna görə də ov adətən gecəyarısı və ya səhərə yaxın baş verir.

Puma

[redaktə]
Puma

Puma şir, pələng kimi böyük pişiklər ilə yaxın qohum olmayıb daha çox kiçik pişiklər sinifinə daxildir. Lakin ən yırtıcı və təhlükəli heyvanlardanhesab edilir. Boyu erkəklərdə 130, dişilərdə 110 santimetrə çatır və bunlara 66 ilə 78 santimetr arası uzunluğunda olan bir quyruq əlavə olunur. Erkəkləri 100 kiloqram ağırlığına çatırlar, dişilərinin çəkisi isə istisna hallarda 50 kiloqramdan çox olmur.

Qulaqları kiçikdir və ucları qara tüklərlə örtülmüşdür. Qulaqlarının kiçik olmasına baxmayaraq yaxşı eşidir. Burnu isə qara rəngdədir. Yeni doğulanda ləkəli olub, bu ləkələr puma bir yaşına çatmadan itir. Pumalar vəhşi həyatda 18-20 il yaşadığı halda, onlar nəzarət altında 25 yaşına çata bilərlər.

Yaquar

[redaktə]
Yaquar

Yaquar panter cinsindən olan ən böyük və ən güclü nümayəndəsidir. Yaquar hal-hazırda Meksikadan, ABŞ-da, Mərkəzi Amerika və Paraqvayın cənubu ilə Argentinanın şimalına qədər böyük bir ərazidə yayılmışdır.

Xallı pişiyə bənzəyir. Fiziki olaraq daha çox leoparda bənzəsə də daha güclü quruluşu vardır. Yaquar ümumiyyətlə tək gəzən, ovunu izləyib pusquya salan bir ovçudur və ovunu seçərkən fürsətçi davranar. Dovşan, keçi, kiçik marallarla qidalanır. Yem tapmayanda bəzən insanlara da hücum edir.

Qüvvətli çənəsi sayəsində zirehli sürünənlərin qabıqlarını deşə bilir.

Bəbir

[redaktə]
Bəbir

Bəbir və ya qaplan panterlərə aid heyvan növü. Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla ovunu qovarkən quyruğu bədənin tarazlığını tənzim edir.

Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır.

Bəbirin xallı rəngi onu otların, kolların və ağacların yarpaqları arasında görünməz edir.

Afrikada (Böyük Səhradan başqa), Ön və Cənubi Asiyada, Azərbaycanda nadir hallarda (Lənkəranda və Naxçıvanda), Cənub-Qərbi və Cənubi Türkmənistan dağlarında, Tacikistanın cənub hissəsində və Ussuri ölkəsində sıx meşələrdə və dağlarda yaşayır. Ömrü vəhşi təbiətdə 10-11, zooparkda 21 ilədək ola bilir.

Qara panter

[redaktə]
Qara panter

Qara panter ayrıca növ deyil. Çox zaman qara rəngli bəbir və ya yaquarlara qara panter deyirlər. Pişikkimilər arasında qara rəngdə olmaq çox geniş yayılmışdır. Hətta ev pişikləri arasında da qara rəngdə pişiklər var ki, qara panteraya oxşayırlar.

Qara panteralara diqqətlə baxdıqda onların xəzlərinin tam qara olmadığı nəzərə çarpır. Xəzlərində tünd qara xalların çox olması əsas əlamətdir.

İstinadlar

[redaktə]
  1. Pişiklər haqqında bilmədiklərimiz