Yemçilik/Küləş
←Senaj | Yemçilik |
Quru ot→ |
Heyvandarlığın inkışaf edilməsində şirəli yemlərin xüsusi əhəmiyyəti vardır.
Küləşin tərkibində çoxlu (36-42%) sellüloza olduğundan onun qidalılığı cüzidir. Sellülaza çox pis həzm olunur. Küləşin yem dəyərliyi bitkilərin növ və sortlarından iqlim şəraitindən becərmə aqrotexnikasından və digər amillərdən asılıdır. Payızlıq dənli bitkilərin küləşi yazdıqlara nisbətən az qidalıdır. Paxlalı bitkilərin küləşində çoxlu protein var. Küləşin orqanimz tərəfindən yaxşı mənimsənilməsi üçün onu müxtəlif cür hazırlayırlar ki bunun da nəticəsində yeyilmə dərəcəsi: həzm olunma qabiliyyəti yaxşılaşır və qidalılığı artır. Küləş doğranmadıqda olduqca qaba dadsız, qidalılığı isə çox az olur. Doğranma-küləşin yemləmə üçün hazırlanmasının ən sadə üsuludur. Küləş doğrandıqdan sonra buğa verildikdə yumşalır, yaxşı qoxu verir və şişir. Küləşin doğrantısına qarışıq yem kəpək əlavə edilir. Küləşi başqa yemlərlə qarışdırma zamanı bunun yalnız yeyilməsi yaxşılaşır. Onun həzm olunma qabiliyyətini yaxşılaşdırmaq üçün küləşi kimyəvi maddələrlə hazırlayırlar. Bundan ötrü 50 baş inək üçün bir ədəd sadə qutu qayıtdırmaq lazımdır. Qutunun uzunluğu 2,5 m eni 2 m hündürlüyü 1,25 m olmalıdır. Qutunun taxtaları biri-birinə kip mıxlanmalıdır ki, ara qalmasın. Qutunun ağzı üçün onun içərisinə daxil ola biləcək ölçüdə qapaq qayırılır. Bundan əlavə 1000 kb-m-ə qədər su tutan çən hazır olmalıdır. Qaynar suyun içərisinə təxminən hər 100 litirinə 250-300 qram xörək duzu və 1 kq sönməmiş əhəng qarışdırılır. Küləş samanından qutunun dibinə 10 sm qalınlıqda döşəyib sonra onun üstünə hazırlanmış qaynar su tökülür. Qaynar su o qədər çilənməlidir ki quru saman islansın. Hər 100 kq doğranmış küləşə təxminən 70-80 litr su çilənməlidir. Sonra yemin üstünə hər kvadrat metrəyə 250-300 qram hesabında arpa unu, buğda kəpəyi, qarışıq yem kimi qüvvəli yem səpilir. Mümkün olarsa əlavə yem çuğunduru yaxşı silos da qarışdırılır. Bu qayda ilə qutu lay-lay ağzına kimi yemlə doldurulur. Sonra qutunun ağzı qapaqla örtülür və üstünə 5-6 yerdən hər biri 12-15 kq ağırlığında daş qoyulur. Yem bu halda qutunun içərisində 8-10 saat saxlanır. Bu müddət ərzində hazırlanmış qaba yem isti suyun və mikroorqanizmlərin təsirindən yumşalır. Yem təknəsinin 8-10 saatdan sonra acdıqda içərisindən təzə bişmiş çörək iyi gəlir. Bu qayda ilə hazırlanmış küləşi inək və camışlar çox həvəslə yeyir. İçərisində yem hazırlanan axır təknələr hər 2 gündən bir təmizlənməli, dibi qaynar su ilə yuyulmalıdır. Bu qayda ilə hazırlanmış yemdən hər bir inəyə 10-12 kq hər bir camışa isə 20-25 kq-dək vermək olar.