Yemçilik/Quru ot

Vikikitab, açıq dünya üçün açıq kitablar
Küləş Yemçilik

Quru ot ən mühüm yem olmaqla qaramal, qoyun və atlar üçün tovlə şəraitində lazım olan proteinin, mineral maddələrin və vitaminlərin əsas mənbələrindən biridir. Yüksək keyfiyyətli quru otun rəngi yaşılımtıl iyi xoş, nəmliyi 14-17 faiz olmalıdır. Quru ot qaba yemlər sırasına daxil olsa da çiçəkləri, yarpaqları və yaşıllığı mühafizə edilib yaxşı saxlandıqda qüvvətli yemlərdən geri qalmır. Gövşəyən heyvanlar üçün otu 3 santimetrə qədər hissəciklərə doğramaqla (həzmin xüsüsiyyətləri ilə əlaqədar olaraq) xırdalanmış ot hazırlayırlar. Qidalılıq dəyərinə görə xırdalanmış ot unundan az fərqlənir. Sağmal inəklərin kökəltməyə qoyulmuş cavanların rasionuna xırdalanmış ot əlavə etdikdə yaxşı nəticə verir. Xırdalanmış otu briket şəkildə saxlanmasını təmin edir daşınmasını saxlanmasını asanlaşdırır.