Şaftalılı buzlu çay
Şaftalılı buzlu çay | ||
---|---|---|
Kateqoriya: | Dünya mətbəxi | |
Tərkibi
[redaktə]- 2 stəkan dəmli çay,
- 2 ədəd şaftalı,
- 6 stəkan su,
- 1 su stəkanı şəkər,
- 1 çay qaşığı limon duzu,
- 1 ədəd limon,
Hazırlanma qaydası
[redaktə]Əvvəlcə şaftalını təmiz yuyun. Yuyulan şaftalının suyunu dəsmal ilə silin. Sonra həmən şaftalıları iri parçalara bölüb qazana alın. Üzərinə 6 stəkan suyu əlavə edib qaynamağa qoyun. 2 yemək qaşığı ətirli çay və 1 yemək qaşığı normal çayı 3 stəkan suyla dəmləyin. Şaftalılar təmiz yumşalıncaya qədər bişirib altını söndürün. 20 dəqiqə o şəkildə saxlayın və sonra cunadan süzün. Çay dəmləndikdən sonra onu da eyni qaydada süzün. Çayı da süzdüyünüz suya əlavə edin. 1 su stəkanı şəkər, limon duzu və 4 parçaya bölünmüş limonu süzdüyünüz suya əlavə edib qarışdırın. Soyuduqdan sonra soyuducuya qoyun. Ertəsi gün limonları içindən alın (Limon çox qalarsa çayınızın dadı dəyişər.) Hazırladığınız çay 2 gün içərisində tükədilməlidir. Soyuq halda servis edin.
Süfrəyə verilməsi
[redaktə]Süfrəyə verildikdə şaftalı dilimləri və buz əlavə edilir.
Xarici keçidlər
[redaktə]- http://1001dad.com/saftalili-buzlu-cay/ şaftalılı buzlu çay]
İçkilər | ||
---|---|---|
Alkoqolsuz içkilər | Çay • Kvaslar • Kokteyllər • Qəhvə • Limonadlar • Sular • Şərbətlər • Şirələr | |
Alkoqollu içkilər | Kumıs • Şərab • Pivə | |
Kateqoriya:Alkoqolsuz içkilər • Kateqoriya:Alkoqollu içkilər |