Kənd təsərrüfatı zərərvericiləri/Soğan milçəyi
←Turp kəpənəyi | Kənd təsərrüfatı zərərvericiləri |
Alma qurdu→ |
Soğan milçəyi ilə zədələnən bitkilərin yarpaqları saralır, soluxur, soğanlar isə çürüyür. Soğanı yaxşı qurutduqda bu zərərverici məhv olur. Bəzi hallarda sarımsağa da zərər vurur. Gövdə nematodu ağımtıl, çox xırda, uzunsov adi qurd şəklində olur. Bitkinin şirəsi ilə qidalanır. Soğan gövdə nematodunun zədələdiyi soğan anbarda saxlanılan zaman tamamilə quruyur. Kartof gövdə nematodu kartof yumrusunu və pomidoru da zədələyir. Gövdə nematodu ilə zədələnmiş tərəvəzin miqdarına mal partiyasında standart üzrə yol verilir. Standart üzrə soğanda kənd təsərrüfatı zərərvericiləri tərəfindən zədələnmiş 5%-dək məhsulun olmasına yol verilir. Sarımsaq partiyasında gövdə nematodu və soğan gənəsi ilə zədələnmişlərin miqdarı 10%-dən çox olduqda məhsul uzun müddət saxlanılmağa və uzaq məsafəyə daşınmağa yaramır.