Məzmuna keç

Kartofçuluq/Sortun seçilməsi və əkin materiallarının hazırlanması

Vikikitab, açıq dünya üçün açıq kitablar
Torpağın əsas və əkinqabağı hazırlanması Kartofçuluq

Kartofun əkin norması və qida sahəsi

Sortun seçilməsi və əkin materiallarının hazırlanması. Hazırda respublikamızda bölgələrin torpaq-iqlim şəraiti, məhsulun təyinatından asılı olaraq “Nevskiy”, “Rodomışlskiy” orta yetişən “Oqonyok”, orta tezyetişən “Laymdota”, “Əmizi-600”, orta yetişən “Sevinc”, “Ukraynskiy rozovıy” sortları rayonlaşdırılmışdır. Həmçinin yerli kartof sortları ilə yanaşı MDB ölkələrindən, Almaniyadan, Hollandiyadan, Polşadan və digər Avropa ölkələrindən də gətirilmiş kartof sortları da sınaqdan keçirilir. Toxumluq kartofun sort qatışığı olmamalı, yumrular sağlam olmalı, xəstəlik və zərərvericilərlə sirayətlənməməlidirlər.