Kartofçuluq/Torpağın əsas və əkinqabağı hazırlanması
Görünüş
←Kartofun torpaq-iqlim şəraitində tələbatı | Kartofçuluq |
Sortun seçilməsi və əkin materiallarının hazırlanması→ |
Torpağın əsas və əkinqabığı hazırlanması. Sahədən bitki qalıqları təmizlənməli, torpağın qida maddələri ilə təmin olunma dərəcəsinə uyğun olaraq şumdan qabaq hər hektara 20-40 ton peyin, təsiredici maddə hesabı ilə 45-60 kq fosfor və 60-90 kq kalium gübrəsi verilməklə payızda sahə şum tarktoru və ya həyətyanı sahələrdə bel ilə 25-32 sm dərinlikdə şumlanmalıdır.
Yazda şumun dərinliyi torpağın xüsusiyyətindən asılı olaraq müəyyənləşir. Əkinqabığı isə torpaq bir daha yumşaldılır və şırımlar açılır. Sonrakı əməliyyatlar əkinlə birlikdə vegetasiya müddətində davam etdirilməklə torpağın eroziyadan qorunma tədbirləri də həyata keçirilməlidir.