Resept:Çörək kvası
Görünüş
Çörək kvası | ||
---|---|---|
Kateqoriya: | Avropa mətbəxi | |
Porsiya: | 10 | |
Enerji qiyməti: | 200 kkal. | |
vaxt: | 2 gün. | |
Hazırlanma mürəkkəbliyi: | ||
Tərkibi
[redaktə]- Çörək – 0.5 kq,
- su – 5 ml,
- kişmiş – 1 x. q.,
- şəkər – 200 q,
- maya – 5 q.
Hazırlanma qaydası
[redaktə]Çovdar çörəyini nazik dilimlərə doğrayıb, tünd-qəhvəyi rəng alana qədər qurutmalı.
Suyu qaynadıb, çörək suxarisini isti-isti suya tökməli. Gündə iki-üç dəfə qarışdırmaq şərtilə 2 gün saxlayıb, sonra ikiqat tənzifdən süzmək lazımdır.
Sıxılmış mayanı üzərinə yarım stəkan ilıq su tökməklə 20-25 dəq. saxlamalı və süzülmüş çörək suyunun üzərinə əlavə etməli. 1-2 gün saxlayıb qıcqırtdıqdan sonra kvası süzüb maya çöküntüsündən ayırır, lazım gələrsə süzür, qablara töküb, kişmiş və şəkər əlavə edilir.
Kvas soyuducuya qoyulur. 2-3 gündən sonra kvas içilmək üçün hazırdır.
İçkilər | ||
---|---|---|
Alkoqolsuz içkilər | Çay • Kvaslar • Kokteyllər • Qəhvə • Limonadlar • Sular • Şərbətlər • Şirələr | |
Alkoqollu içkilər | Kumıs • Şərab • Pivə | |
Kateqoriya:Alkoqolsuz içkilər • Kateqoriya:Alkoqollu içkilər |