Məzmuna keç

Resept:Çay

Vikikitab, açıq dünya üçün açıq kitablar

Çay ("ça" - çin dilində) — çay kolunun yarpaqlarını dəmləməklə və ya qaynatmaqla əldə edilən içki.

Hazırlanma qaydaları

[redaktə]

Min illərdən bəri, dünyanın bütün xalqları tərəfindən bir içki kimi istifadə olunan çayı hərə bir cürə dəmləyir. Ayrı-ayrı xalqlar sozsüz ki, yaşadıqları regionların iqlim şəraitindən, sürdükləri həyat tərzindən asılı olaraq, çayı müxtəlif üsullarnan dəmləyirlər:[1]

  • Azərbaycanlılar çayı adətən, şüşə və ya saxsı çayniklərdə dəmləyirlər. Əvvəlcə, çayı çaynikə töküb və sonra üstünə qaynamış suyu əlavə edib, asta odda dəmləyirlər. Təxminən 5 dəqiqədən sonra çay hazır olur.
  • Çinlilər əvvəlcədən qızdırılmış çaynikə çayı atıb, üstünə qaynar suyu tökürlər, 3 dəqiqədən sonra, farfordan hazırlanmış fincanlara süzüb, qaynar-qaynar, özü də qəndsiz içirlər.
  • Yaponlar çayı, əvvəlcə, xüsusi hazırlanmış həvəngdəstədə əzib, toz halına salırlar. Sonra, əvvəlcədən qızdırılmış çaynikə atıb, üstünə hərarəti 70 selsidən yuxarı olmayan qaynamış su töküb, 2-3 dəqiqədən sonra içirlər. Yaponların dediklərinə görə, bu cürə dəmlənmiş çay, öz müalicəvi əhəmiyyətini saxlamaqla yanaşı, həm də çox ətirli olurlar. Yaponlar əsasən, çayın ətrindən daha çox feyziyab olurlar. Belə ki, onlar da çayı 40-50 qr.-lıq kiçik fincanlarda içirlər.
  • İsveçrəlilər qaynayan südə qaynaya-qaynaya əvvəlcə qənd atırlar, onun ardınca, quru çayı atıb, odu söndürürlər. Tam soyudub, sonra içirlər.
  • Kalmıklar bir balaca suyu çaynikdə qızdırıb, həmin çaynikə yaşıl çayı atıb, qoyurlar odun üstünə. Su qaynağa düşəndən sonra, qaynar süd, ərinmiş yağ, duz əlavə edib, qarışdıra-qarışdıra 15 dəqiqə qaynadırlar. Qaynama müddətinin başa çatmasına 7-8 dəqiqə qalmış, çaynikə dəfnə yarpağı və mixək əlavə edib, odu söndürürlər. Və nəhayət, süzgəcdən süzüb içirlər.

İstinadlar

[redaktə]
  1. Ən dəyərli içki