Resept:Alma çayı
Görünüş
Alma çayı | ||
---|---|---|
Kateqoriya: | Azərbaycan mətbəxi | |
Porsiya: | 2 | |
Enerji qiyməti: | 20 kkal. | |
vaxt: | 15 dəq. | |
Hazırlanma mürəkkəbliyi: | ||
Faydası
[redaktə]Qış aylarında, xüsusilə uşaqlardan əl çəkməyən öskürək və bəlğəmi aradan qaldırmağın ən təbii və təsirli yolu alma çayı içməkdir.
Qış mövsümündə uşaqların və böyüklərin ən çox əziyyət çəkdiyi problem öskürəkdir. Xəstəlik keçsə belə, uzun müddət qalan öskürək üçün təbii müalicədən istifadə etmək lazımdır.
Hazırlanması
[redaktə]1 litr suyun içinə, incə dilimlənmiş 1 ədəd almanı qabıqlarıyla birlikdə atın. Qaynatdıqdan sonra çay kimi isti olaraq için.
Alma qabıqları ilə edilən çay, həm sinəni yumşaldar, həm də bəlğəmi aparmaq üçün yaxşı dərmandır. Almanın qabıqlarını soyun, içinə bir az darçın, zəncəfil və qərənfil atın. 10 dəqiqə dəmləndikdən sonra için.[1]
Süfrəyə verilməsi
[redaktə]Süfrəyə şəkər, bal və ya mürəbbə ilə verilir.
İstinadlar
[redaktə]
İçkilər | ||
---|---|---|
Alkoqolsuz içkilər | Çay • Kvaslar • Kokteyllər • Qəhvə • Limonadlar • Sular • Şərbətlər • Şirələr | |
Alkoqollu içkilər | Kumıs • Şərab • Pivə | |
Kateqoriya:Alkoqolsuz içkilər • Kateqoriya:Alkoqollu içkilər |