Məzmuna keç

Vikikitab:Qanunla təhdid olmaz

Vikikitab, açıq dünya üçün açıq kitablar

Qanunla təhdid əsl vikikitabçıya yaraşmayan hərəkətlərdəndir. Əgər kiminsə Vikikitabdakı hәrәkәtlәri xoşunuza gəlmirsə və ya hansısa istifadəçi ilə mübahisəniz varsa, onu qanunla təhdid etmək və ya bu problemləri həll etmək üçün görüşə çağırmaq, duel provokasiya etmək əvəzinə, mübahisələrin həlli prosedurlarına müraciət edin.

Əgər sizin mübahisəniz Vikikitab ilədirsə, onda sizə Vikimedia Fondu ilə əlaqə saxlamaq məsləhət görülür. Vikikitab vasitəsi ilə başqa insanları qanunla təhdid etmək yolverilməzdir.

Kimisə qanunla və ya "ənənəvi" yollarla təhdid edənlər, məhkəmə və ya "haqq-hesab çürütməyə" çağıranlar idarəçilər tərəfindən dərhal bloklanır! Əgər kiminsə qanunla təhdidlərini görsəniz, bu barədə idarəçilərə xəbər verin.

Müəlliflik hüququ[redaktə]

Əgər Vikikitab kiminsə, o cümlədən sizin müəlliflik hüququnuzu pozursa, bu barədə dərhal, gecikmәdәn idarəçilərə xəbər verin. Vikikitab müəlliflik hüququna çox ciddi yanaşır və bu hüququn pozulması hallarının qarşısını almaqda sizin fəaliyyətlərinizi tam dəstəkləyir.

Şəxsiyyətin alçaldılması[redaktə]

Əgər Vikikitabın hansısa mətnində hər hansı bir şəxs haqqında təhqiramiz məlumatın olduğunu düşünürsünüzsə, bu barədə gecikmədən idarəçilərə müraciət edin. Vikikitabın siyasəti bu tipli halların qarşısını tamamilə almağa yönəlmişdir və sizin köməyiniz alqışlanır.

Həmçinin bax[redaktə]