Resept:Yarpaq dolması

Wikibooks saytından
Keçid et: naviqasiya, axtar

[redaktə] Lazım olan ərzaqlar

  • Qoyun əti - 400 q.
  • düyü - 50 q.
  • baş soğan - 20 q
  • göyərti (keşniş, şüyüd və nanə) - 20 q
  • tənək yarpağı - 60 q.
  • qatıq - 100q
  • ərinmiş yağ - 40q
  • duz, istiot, darçın.

[redaktə] Hazırlanma qaydası

Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, göyərti (keşniş, şüyüd və nanə), duz, istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır. Təzə üzüm yarpaqları qaynar suda pörtülür, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincəyədək suda bişirilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa orta hesabla 20 q. qiymə bükülüb qazana yığılır, üzərinə sü töküb hazır olana kimi (bir saat) bişirilir. Süfrəyə verildikdə ayrıca qabda qatıq qoyulur.

Çox zaman dolmalar yarpaqdan ayrılmasın deyə onları iynə-sapla porsiyaya uyğun olaraq sapa keçirirlər və hazır olduqda hər boşqaba sapdan çıxarılmaqla bir porsiya qoyulur.

Şəxsi alətlər
Adlar fəzası

Variantlar
Görünüş
Hərəkətlər
Naviqasiya
Print/export
Alətlər qutusu