Məzmuna keç

Resept:Çəkmə plov

Vikikitab, açıq dünya üçün açıq kitablar

Tərkibi

[redaktə]

Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

Ət-100 q, düyü-150 q, limon turşusu, əvəlik, tam üçün duz, istiot tökülür.

Hazırlanma qaydası

[redaktə]

Çəkmə plov ət, süd əvəlik və s. ilə bişirilir. Belə plov hazırlamaq üçün 1 hissə düyü, 2 hissə maye lazımdır.

Ət bişirildikdə yağlı qoyun əti xırda-xırda doğranıb qazanda qaynayan suya salınır, duz tökülür, kəfi alınır. Ətin suyu azalıb bişənə yaxın içinə doğranmış soğan qarışdırılır. Ət yağsızdırsa, yağ salınır. Ət qovrulub qızarmış bir hissə düyüil ə qarışdırılır. Düyü qaynara düşəndə içinə əvəlik və limon turşusu tökülüb, qarışdırılır. Bundan sonra daha qarışdırmaq olmaz. Suyu qurtardıqda, adi plovlar kimi, dəmə qoyulur. Düyü şişib, uzandıqdan sonra qazana tökülür.

Süfrəyə verərkən çəkmə plovun həm əti, həm də düyüsü eyni qaba çəkilir.