Resept:Qır-qır plov
Görünüş
Tərkibi
[redaktə]Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:
- Qoyun əti-150 q.
- düyü-100 q.
- əridilmiş yağ-40 q.
- soğan-1 baş.
- alça qurusu-15 ədəd.
- şabalıd-50 q.
- keşniş-12 q.
- darçın-0,2 q.
- tam üçün duz, istiot.
Hazırlanma qaydası
[redaktə]Bu xörək üçün düyüdən adi qaydada süzmə plov hazırlanır və zəfəran şirəsi vurulur.
Ayrıca qoyun əti kəsilib sümüyü çıxarılır və baş soğanla birlikdə ətçəkən maşında çəkilir. Ətə istiot, duz və darçın vurulub hamısı birlikdə yaxşıca qarışdırılır. Sonra həmin ətdən küftəciklər hazırlanıb tavada yağ içində qovrulur və buna azacıq bulyon, yarı bişmiş şabalıd, suda yuyulmuş alça, yaxud zoğal qurusu qatılıb, qapağı örtülü qabada öz buğunda bişirilir. Hazır olmasına yaxın, narın doğranmış keşniş qatılır.
Süfrəyə verilən zaman boşqaba təpəcik şəkilində plov çəkilir.
Yanına xörəyin şirəsilə qır-qır küftəciklər qoyulur.