Məzmuna keç

Resept:Lobya-çilov plov

Vikikitab, açıq dünya üçün açıq kitablar
Lobya-çilov plov

Lobya-çilov plov — Bu plovu adətən Novruz bayramı qabağı, axır çərşənbə axşamı hazırlayırlar. Onu quru balıq ya da qızardılmış balqabaqla verirlər.

Tərkibi:

  • qoyun əti - 221q,
  • ərinmiş yağ - 50q,
  • ağ lobya - 50q,
  • düyü - 100q,
  • kişmiş - 40q,
  • baş soğan - 40q,
  • zəfəran - 0,1q,
  • darçın - 0,2q,
  • istiot - 0,1q,
  • duz
  • Qarnir kimi duzlu quru balıq – xəşəm və ya kütüm

Hazırlanması: Hər paya 2-3 tikə ət götürülür, duz, istiot vurulub soğanla qızardılır, zəfəran şirəsi və bulyon əlavə edilib hazır olunca bişirilir. Lobya və düyü ayralıqda bişirilir və süzülərək qarışdırılıb dəmə qoyulur. Kişmiş yağ içində ayrıca bişirilir. Süfrəyə verildikdə boşqaba düyü ilə lobya çəkilir, üstünə kişmiş, qazmaq qoyulur, yağ tökülür və darçın səpilir. Ət ayrıca verilir.