Resept:Əvəlik plov
Görünüş
Tərkibi
[redaktə]Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:
Əvəlik qurusu-50 q, düyü-150 q, limon turşusu, yağ, tam üçün duz tökülür.
Hazırlanma qaydası
[redaktə]Bu da ətsiz çəkmə plov kimi bişirilir. 1 hissə düyü 2 hissə maye götürülür. Quru əvəlik təmiz yuyulur, xırda-xırda doğranılır, qazandakı su qaynadıqda əvəlik, yuyulmuş düyü və duz götürülüb qarışdırılır. Yavaş-yavaş qaynayır. Elə ki, bişdi və qazandan su çəkildi, o biri plovlar kimi dəmə qoyulur. Dəm almağa az qalmış üstünə əridilmiş kərə yağı tökülür.
Süfrəyə verilən zaman əvəlik plov buluda çəkili və üstünə qazmağı qoyulur. Əvəlik plovu bəzən şəkərlə yeyirlər.