Məzmuna keç

Resept:Xam-döşəmə plov

Vikikitab, açıq dünya üçün açıq kitablar

Tərkibi

[redaktə]
  • Qoyun əti - 217 q
  • düyü - 150 q
  • ərinmiş yağ - 40 q
  • kişmiş - 15 q
  • qaysı - 15 q
  • albuxara - 15 q
  • xurma - 10 q
  • şabalıd - 30 q
  • qabaq - 100 q
  • istiot - 0,1 q, duz

Hazırlanması

[redaktə]

Quzu ətindən hər paya 2-3 sümüksüz tikə kəsib duz və istiot vurulur. Meyvə və şabalıd yağda bişirilir. Qazanın dibinə yağ töküb qaymaq əvəzinə dilim-dilim doğranmış qabaq, onun üstünə ət tikələri və meyvə-şabalıd qarışığı yerləşdirilir. Ayrıca bişirilmiş düyü onların üzərinə tökülür və zəif od üzərində dəmə qoyulur. Süfrəyə verilən zaman plov boşqaba çəkilir, yanına quzu əti, meyvə-şabalıd və qabaq qoyulur, üstünə yağ tökülür.