Məzmuna keç

Resept:Paxla plov

Vikikitab, açıq dünya üçün açıq kitablar

Paxla plov - Azərbaycan mətbəxində plov.

Tərkibi

[redaktə]

Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

Qoyun əti-100 q, düyü-150 q, ərinmiş yağ-50 q, paxla-100 q, şüyüd-60 q, zəfəran, habelə tam üçün istiot, duz tökülür.

Hazırlanma qaydası

[redaktə]

Qoyun əti hərəsi 8-10 q-lıq tikələrə doğranır, tavada yağ içində qovrulur və üstünə azacıq bulyon, ya da isti su tökülüb hazır olunca bişirilir. Bir böyük qaba yığılır, duz, istiot səpilir.

Təzə paxla, şüyüd təmizlənir, yuyulur, xırda-xırda doğranır. Düyü təmizlədikdən sonra yuyulur, düyü 4-6 saat duzlu suda islağa qoyulur.

Su qaynadıqda düyü qazana tökülür, qarışdırılır, duzu tökülür, kəfi alınır. Düyü yarımbişdikdə paxla və şüyüd tökülüb qarışdırılır. Sonra süzülür. Zövqə görə qazmaq hazırlanıb qazanda dağ üstünə bir tərəfdən yığılır, sonra qalan düyü ətin yenidən qapağı örtülüb dəmə qoyulur.

Dəm aldıqdan sonra ət ayrı qaba yığılır, düyü isə böyük buluda çəkilib süfrəyə verilir.