Məzmuna keç

Resept:Cücə plov

Vikikitab, açıq dünya üçün açıq kitablar

Tərkibi

[redaktə]

Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

  • cücə əti - 300 q,
  • düyü - 250 q,
  • ərinmiş yağ - 50 q,
  • qaysı qurusu - 25 q,
  • zəfəran - 0,1 q, və tam üçün duz tökülür.

Hazırlanma qaydası

[redaktə]

Cücənin içalatı çıxarılır, təmizlənir, ütülür və yuyulub, hər cücə iki hissəyə bölünür. Iki hissəyə bölünmüş cücə duzlanır və tavada yağ içində qızardılır. Eyni zamanda düyüdən adi qaydada plov hazırlanır, bunun üstünə zəfəran şirəsi vurulur və qaynar yağ tökülür. Ayrı-ayrılıqda yağ içində kişmiş və qaysı qurusu qovrulur.

Süfrəyə verilməsi

[redaktə]

Süfrəyə verilən zaman buluda hazır plov çəkilir, üstünə yağ tökülür. Qovrulmuş meyvə ilə qızardılmış cücə əti ayrıca boşqabda süfrəyə verilir.

Xarici keçid

[redaktə]