Resept:Qəbələ plovu
Görünüş
Qəbələ plovu — Əvvəlcə düyü yuyulur, içinə duz tökülür və limon sıxılır. Daha sonra suda qaynadılır. Su qaynayanda duz tökülür. Sonra düyünün suyu süzülərək yenidən bişməyə qoyulur. Düyü bişəndə suyu yenidən süzülür. Düyü yaxşıca dəmlənməlidir ki, dadlı olsun.
Quzu ətinə duz və bibər əlavə edilir, şabalıd azca pörtlədilir. Daha sonra ət qazanın dibinə düzülür, üzərinə düyü tökülür və dəmə qoyulur. Üzərinə zövqə görə dəmlənmiş zəfəran və ya sarıkök əlavə edilir.