Resept:İçi doldurulmuş bibər turşusu
Görünüş
(İçi doldurulmuş bibər turşusu səhifəsindən yönləndirilmişdir)
Hazırlanma qaydası
[redaktə]Bunu hazırlamaq üçün şirin bolqar bibəri yuyulur, saplaq tərəfdən kəsilib tumu çıxarılır və 2-3 dəqiqəliyə isti suya salınır. Sudan çıxarılmış bibərin içi əvvəldə göstərilmiş qarışıq ilə doldurulur və cərgə ilə şüşə, ya da emallı qablara yığılır, aralarına duz tökülür və sirkə əlavə edilir.
Bibər üçün iç hazırlanması
[redaktə]İç üçün sarımsaq, acı və şirin göy istiot, cəfəri, nanə, şüyüd, kərəviz götürülür, xırda-xırda doğranılır və duzlanılır.
Mənbə
[redaktə]- Evdarlıq, Azərbaycan dövlət nəşriyyatı. Bakı-1990. səh.241.