Şəkər pendir
Görünüş
Tərkibi
[redaktə]Şəkər tozu - 830q, patka - 250q, vanilin - 0,25q.
Hazırlanma qaydası
[redaktə]Qazana şəkər tozu və su tökülüb 8-10 dəq ərzində 105-110 °S temperaturda qaynadılır. Sonra patka əlavə edib orta karamel nümunəsinə (nəmliyi 3-3,5% qalanadək) gəlincə bişirilir. Hazır karamel kütləsi mərmər masanın üzərinə (yağlanmış tavaya da tökmək olar) tökülüb 70-80 0S temperatura qədər soyudulur, vanil əlavə edilir. Karamel kütləsi övkələnir və tamamilə ağarınca əldə dartılır. Sonrakı əməliyyat şəkər kirşanı səpilmiş taxta massa üzərində aparılır. Burada karamel kütləsi baton şəklində yayılır və batonun ucu qayçı vasitəsilə əyri yastıq formasında tikəciklərə doğranılır.