Resept:Boz qovurma
Görünüş
Tərkibi
[redaktə]- Qoyun əti – 163q,
- Ərinmiş yağ – 30q,
- Baş soğan – 50q,
- Zəfəran – 0,1q,
- Keşniş – 15q
- Şüyüd – 15q,
- Duz – zövqə görə.
Hazırlanma qaydası
[redaktə]Qoyun əti 15-20 qramlıq tikələrə doğranılır, duzlanılır və qızardılır. Doğranmış soğan və zəfəran şirəsi əlavə edilib bişirilir. Süfrəyə verildikdə üzərinə göyərti səpilir.