Məzmuna keç

Resept:Balıq qızartması

Vikikitab, açıq dünya üçün açıq kitablar
Balıq qızartması

Tərkibi

[redaktə]

Hazırlanma qaydası

[redaktə]

Balıq təmizlənir, yuyulur. 10 sm enlilikdə doğranılır və ortadan iki hissəyə bölünür. Balığın üzərinə halqavari şəkildə doğranılmış soğan, duz, istiot vurulur və qarışdırılır. Bu qarışıq 30 dəqiqə olmaqla basdırma şəklində saxlanılır. Tavaya balığın üzərini örtəcək dərəcədə duru yağ tökülür. Balıq tikələrinin hər iki tərəfi una batırılır və balığın dərisi olan üzərində qaynarlanmış yağa salınır. Balığın hər iki tərəfi qızardıqdan sonra üzərinə halqavari doğranmış soğan, göyərti və nar qarışığı səpilir.

Qeyd: Dəri isti dəydikdə büzüşdüyündən əks tərəfində qoyulsa o zaman əti yığışacaq və bişmə prosesi uzandıqca balıq yaxşı görkəm almayacaq.