Resept:Yarpaq dolması

Vikikitab, açıq dünya üçün açıq kitablar

Lazım olan ərzaqlar[redaktə]

  • Qoyun əti - 400q.
  • düyü - 50q.
  • baş soğan - 20q
  • göyərti (keşniş, şüyüd və nanə) - 20q
  • tənək yarpağı - 60q.
  • qatıq - 100q
  • ərinmiş yağ - 40q
  • duz, istiot, darçın.

Hazırlanması[redaktə]

Dolmanın içini hazırlamaq üçün əti, soğanı, düyünü, keşnişi, şüyüdü, duzu və istiotu bir qabda qarışana qədər yoğurun. Yarpağı hazırlayın. Əgər təzə yarpaqdan istifadə edirsinizsə, qazanda su qaynadın və yarpaqları hissə-hissə (10 ədəd) qaynayan suda təxminən 1 dəqiqə, ya da yarpağın sərtliyinə görə daha da az tutun. Bu proses yarpaqların yumuşalması üçün lazımdır. Yarpaqları sudan çıxardın və yaxşıxa süzün. Sapları varsa, kəsin. Əgər duza qoyulmuş yarpaqdan istifadə edirsinizsə, yarpaqları suya çəkin ki, duzu yuyulsun. Sonra isə yarpaqların saplarını kəsin. Hərdən elə olur ki, duza qoyulmuş yarpaqlar sərt olur. Belə olduğunda, yarpaqların yumuşalması üçün onları qaynayan suda salın ki, yumuşalsınlar. Əgər yarpaqlar böyükdürsə, onları ikiyə bölün. Kiçikləri bütov qalsın.Yarpaqları parlaq hissəsi altda olmaq şərtilə əlinizə alın. Hər yarpağın ortasına təxminən 1 çay qaşığı içlik qoyun. Bir əlinizdə dolmanı tutun, o biri əlinizlə isə yarpağı yumruvari bükün. Bükülmüş dolmaları qazana bir birinə yaxın və lay-lay düzün. Dolmaların üstünə yağı və yarısına qədər suyu tökün. Ən üstə kiçik qapaq və ya qab qoyun ki, dolmalar bişdikləri vaxt açılmasınlar. Qazanın qapağını qoyun. Dolmanı öncə qaynadın. Qaynayan kimi, qazı azaldın və dolmanı vam odda haradasa 1 saat 30 dəqiqə ərzində bişirin. Bişmiş dolmanın içi və yarpağı yumuşaq olmalıdır, qazanın suyu isə çəkilməlidir. Dolmanı süfrəyə adi qatıq, ya da sarmısaqlı qatıqla verin. Sarımsaqlı qatığı hazırlamaq üçün qatıqla əzilmiş sarımsağı (miqdarı zövqə görə) qarışdırın.

Süfrəyə verilməsi[redaktə]

Süfrəyə verildikdə ayrıca qabda qatıq qoyulur.

Qeyd: Çox zaman dolmalar yarpaqdan ayrılmasın deyə onları iynə-sapla porsiyaya uyğun olaraq sapa keçirirlər və hazır olduqda hər boşqaba sapdan çıxarılmaqla bir porsiya qoyulur.

Həmçinin bax[redaktə]