Məzmuna keç

Səbzi qovurma

Vikikitab, açıq dünya üçün açıq kitablar

Lazımlı ərzaqlar

[redaktə]

adambaşına

  • 300 qr qoyun əti
  • 1 baş soğan
  • 25 qr ərzinmiş yağ
  • 10 qr abqora (kal üzüm şirəsi), yaxud limon duzu
  • habelə tam üçün duz götürülür.

Hazırlanma qaydası

[redaktə]

Qoyun əti sümüksüz tikələrə kəsilib duzlanır və qovrulur. Sonra yağda qızardılmış soğan, limon duzu, yaxud abqora vurulub öz buğunda bişirilir. Hazır olmasına 5 dəqiqə qalmış ətə narın doğranmış göyərti (ispanaq, kəvər, şüyüd, keşniş) qatılır.

Mənbə

[redaktə]