Resept:Tava əti
Görünüş
Tərkibi
[redaktə]- Qoyun əti – 220q.
- Ərinmiş yağ – 30q.
- Baş soğan – 40q.
- Kartof – 100q.
- Badımcan – 60q.
- Qabaq (balqabaq) – 50q.
- Pomidor – 50q.
- Xiyar – 30q.
- İstiot – zövqə görə.
- Duz – zövqə görə.
Hazırlanma qaydası
[redaktə]Qoyun əti tikələrə kəsilir, duz və istiot vurulub qızardılır. Azacıq bulyon, yağda qızardılmış soğan əlavə edilib öz buğunda bişirilir. Tərəvəzlər – kartof, badımcan, qabaq (balqabaq) təmizlənir, ayrıca qızardılır və qoyun ətinə qatılır. Süfrəyə verdikdə təzə pomidor və xiyarla bəzədilir.