Resept:Alma dolması
Jump to navigation
Jump to search
Tərkibi[redaktə]
- Qoyun əti-60q,
- Ərinmiş yağ-10q,
- Alma-200q,
- Baş soğan-15q,
- Şəkər-5q,
- Üzüm sirkəsi -10q,
- Zəfəran-0,1 q,
- Duz-10 q.
Hazırlanma qaydası[redaktə]
Qoyun ətindən qiymə yağda qızardılır, üzərinə şəkər və sirkə əlavə edib hazır vəziyyətə çatdırılır. Orta ölçülü yumru almaların özəyi çıxarılır. Hazırlanmış almaya qiymə doldurulur və azacıq bulyonda bişirilir. Süfrəyə verildikdə üstünə yağda qızardılmış soğan qoyulur.