Resept:Balıqdan tava kabab
Görünüş
Tərkibi
[redaktə]- Balıq – 1 kq.
- Baş soğan – 1 ədəd.
- Təmizlənib bişirilmiş şabalıd – 16 ədəd.
- Çörək – 100 qr.
- Süd – 100 qr.
- Yağ – 0,1 stəkan.
- Quru çörək urvası – 40 qr.
- Yerkökü – 100 qr.
- Narşərab – 100 qr.
- Duz – zövqə görə.
- İstiot – zövqə görə.
Hazırlanma qaydası
[redaktə]Balıq təmizlənir, dərisi soyulur, əti sümükdən ayrıldıqdan sonra, soğan və bişmiş şabalıdla birlikdə ətçəkən maşından keçirilir. Daha sonra sürtgəcdən keçirilmiş yerkökü əlavə edilir. Çörək suda isladılır, duz və istiot vurularaq qiymə ilə qarışdırılır. Sonra qiymə ilə tava kabab şəkilinə salınır və urvalanaraq hər iki tərəfi yağda qızardılır.
Süfrəyə verilməsi
[redaktə]Süfrəyə verilərkən üstünə narşərab tökülür. Yanında bütöv kəvər, təzə pomidor, xiyar və s. verilə bilər.