Məzmuna keç

Resept:Göbələkli kələm dolması

Vikikitab, açıq dünya üçün açıq kitablar

Lazım olan ərzaqlar

[redaktə]
  • 1 baş- kələm
  • 1 ədəd (orta ölçüdə)-göbələk (şampinyon)
  • 2 ədəd- soğan
  • 2 diş-sarımsaq
  • 1/2 stəkan-düyü
  • 5 xörək qaşığı-tomat pastası
  • Bitki yağı
  • Un
  • Zövqə görə duz

Hazırlanması

[redaktə]

Soğan, sarımsaq və göbələyi təmizlədikdən sonra doğrayın. Kələmin yarpaqlarını ayırın və onları qazana yerləşdirin. Sonra üzərinə qaynar su əlavə edərək, bu vəziyyətdə 15-20 dəqiqə saxlayın. Düyünü bişirərək üzərinə tomat pastası, doğranmış soğan, sarımsaq və göbələyi də əlavə edin. Kələm yarpaqlarının hər birinin ortasına 1-2 xörək qaşığı içlik qoyun və konvert şəklində bükün. Alınan dolmaların üzərinə un səpərək, tavada bitki yağında hər iki üzünü qızardın. Sonra bu tavanı sobada 30 dəqiqə saxlayın.

Mənbə

[redaktə]