Resept:Turşu qovurma
Turşu qovurma | ||
---|---|---|
Kateqoriya: | Azərbaycan mətbəxi | |
Porsiya: | 4 | |
Enerji qiyməti: | 1000 kkal. | |
vaxt: | 1 saat. | |
Hazırlanma mürəkkəbliyi: | ||
Tərkibi
[redaktə]- 3x3 sm həcmində doğranmış qoyun əti
- Baş soğan
- Şabalıd
- Albuxara
- Limon turşusu
- Sarıkök
- Duz, istiot
Hazırlanması
[redaktə]Əti yuyub bişirin. Şabalıdı çərtib (Şirin plovda şekil var) 5 dəqş qaynar suda bişirin. Sudan çıxarıb, qabığını soyun. Albuxarana 3-4 dəq. suda saxlayıb suyu boşaldın. Baş soğanı həlqəli doğrayıb yağda "ölənədək" (şəffaf olanadək) qızardın. Əti əlavə edib qızardın. Soğan qızılı olmalıdır, ət də qızarılmalıdır. Ayrı bir tavaya bir az yağ və ətin bulyonunu (bişirilmiş ətdən qalmış) töküb balaca odda şabalıdları qızardın. Eyni üsulla albuxaranı da qovurun. Bunları ətlə soğanın üstünə töküb astaca qarışdırın.
Fincana 0,5 ç.q. limon turşusu, bir az duz və 0,5 ç.q. sarıkök töküb 0,5 stəkan qaynar su əlavə edib qarışdırın. Əriyəndən sonra ətin üstünə töküb qarışdırın. 0,5-1 saat ərzində balaca odda xörək bişməlidir. Yaddan çıxmasın vaxtaşırı astaca qarışdırın.