Resept:Təndirdə qızardılmış cücə
Görünüş
Tərkibi
[redaktə]- Cücə - 200q.
- Xama – 10q.
- Limon – 15q.
- Pomidor - 50q.
- Baş soğan – 30q.
- Keşniş – 25q.
- Cəfəri – 25q.
- İstiot – zövqə görə.
- Duz – zövqə görə.
Hazırlanma qaydası
[redaktə]Təmizlənmiş bütöv cücəyə duz, istiot vurulur və şişə taxılır. Səthinə xama sürtülür, təndirdə qızardılır. Hazır cücə boşqaba qoyulur və doğranmış pomidor, limon, baş soğan və göyərti ilə bəzədilir.