Məzmuna keç

Resept:Əvəlik dolması

Vikikitab, açıq dünya üçün açıq kitablar

Əvəlik dolması - Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir.

Lazım olan ərzaqlar

[redaktə]

Hazırlanma qaydası

[redaktə]

Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, göyərti (keşniş, şüyüd və nanə), duz,istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır. Təzə əvəlik yarpaqları qaynar suda pörtülür, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa orta hesabla 25 q. qiymə bükülüb qazana yığılır, üzərinə su töküb hazır olana kimi, təqribən bir saata qədər bişirilir. Stola verildikdə ayrıca qabda qatıq qoyulur.Cökə və heyva yarpağından da bu cür dolma bişirilir.

Mənbə

[redaktə]

Həmçinin bax

[redaktə]