Resept:Qoyun qolu dolması
Görünüş
Lazım olan ərzaqlar
[redaktə]- Qoyunun qol əti ( sümüksüz) – 750 qr.
- İri yerkökü – 2 ədəd
- İsti su – 1 stəkan
- Pomidor – 1 xörək qaşığı
- Qatıq – 1 xörək qaşığı
- Duz – zövqə görə
- İstiot – zövqə görə
Hazırlanma qaydası
[redaktə]Qoyun qolunun sümüyü ət zədələnmədən çıxarılır. Ətin hər tərəfi mümkün olduğu qədər eyni qalınlığa gətirilir, ət azacıq əzilib, duz və istiot səpilir. 10 dəq.bişirilmiş yerkökülər ətin arasına qoyulub, dürmək şəklində bükülür, yanları içəri qatlanılır, açıq yerlər bizlə tikilir və ət iplə möhkəm bağlanır. Ət bir qazana qoyulur, su əlavə edilir və qazan qapaqla bağlanır. Güclü odda bir buğum qaynadılır, sonra odun səviyyəsi azaldılıb 1,5 saata yaxın bişirilir. Soba 180°C-yə qədər qızdırlır. Bir qabda tomatla qatıq qarışdırılır, suda bişmiş ət qazandan çıxardılır və tomat-qatıq qarışığı ətin üzərinə çəkilir. Ət sobaya qoyulur və təqribən 20 dəqiqə bişirilir. Ət sobadan götürülür, ipləri kəsilir və dilimlənərək süfrəyə verilir.