Resept:Göbələkli kələm dolması
Görünüş
(Göbələkli kələm dolması səhifəsindən yönləndirilmişdir)
Lazım olan ərzaqlar
[redaktə]- 1 baş- kələm
- 1 ədəd (orta ölçüdə)-göbələk (şampinyon)
- 2 ədəd- soğan
- 2 diş-sarımsaq
- 1/2 stəkan-düyü
- 5 xörək qaşığı-tomat pastası
- Bitki yağı
- Un
- Zövqə görə duz
Hazırlanması
[redaktə]Soğan, sarımsaq və göbələyi təmizlədikdən sonra doğrayın. Kələmin yarpaqlarını ayırın və onları qazana yerləşdirin. Sonra üzərinə qaynar su əlavə edərək, bu vəziyyətdə 15-20 dəqiqə saxlayın. Düyünü bişirərək üzərinə tomat pastası, doğranmış soğan, sarımsaq və göbələyi də əlavə edin. Kələm yarpaqlarının hər birinin ortasına 1-2 xörək qaşığı içlik qoyun və konvert şəklində bükün. Alınan dolmaların üzərinə un səpərək, tavada bitki yağında hər iki üzünü qızardın. Sonra bu tavanı sobada 30 dəqiqə saxlayın.