Resept:Yaşıl pomidor turşusu

Vikikitab, açıq dünya üçün açıq kitablar

Yaşıl pomidor turşusu- Yetişməmiş yaşıl rəngli pomidordan hazırlanan turşu növü.

Tərkibi[redaktə]

  • 2 kg. yaşıl pomidor ,
  • 10 ədəd bibər,
  • 2 baş sarımsaq,
  • 1 su stəkanı iri duz ,
  • 2 şüşə üzüm sirkəsi ,

Hazırlanması[redaktə]

Pomidorları yuyun və qurulayın. Pomidorları istərsəniz 2 yerə , istərsəniz dörd yerə bölərək bankalara yığa bilərsiniz. Ayrı bir qazanda sirkə və duzu qatın. Qarışdıraraq duzu əritməyə çalışın. Sonra bu qarışığı bankalara tökün. Bankanın ağzını bərk bağlayın və on beş gün sonra istifadə edə bilərsiniz. Not: İstərsiniz içinə sarımsaq əlavə edə bilərsiniz.

Mənbə[redaktə]

Həmçinin bax[redaktə]