Resept:Xəşil

Vikikitab, açıq dünya üçün açıq kitablar
(Xəşil səhifəsindən yönləndirilmişdir)
Jump to navigation Jump to search

Xəşil Haqqında[redaktə]

xəşil — is. Suda bişirilib yağ və doşabla yeyilən xəmir xörəyi. Qarğa özünü quş bilir, xəşil özünü aş. (Ata. sözü).

Tərkibi:[redaktə]

(2 nəfərlik)

  • 1 stəkan un
  • 3 stəkan qaynadılmış soyuq su
  • 1/3 çay qaşığı duz

Üstü üçün:[redaktə]

  • Bəhməz (doşab)
  • əridilmiş kərə yağı
  • Şəkər tozu

Hazırlanması:[redaktə]

Suyu bir qazana töküb üstünə duz töküb qarışdırırıq.

ələnmiş unu əlavə edib yaxşı çalırıq. Elə çalmaq lazımdır ki düyür qalmasın.

Sonra qazın üstündə vam odda dayanmadan qarışdıra-qarışdıra bişiririk.

Yemək getdikcə qatılaşacaq. Qatılaşanda 3-5 dəqiqə də dayanmadan qarışdırıb götürürük.Yemək hazır olan kimi tez boşqablara töküb ortasını qaşıqla çökək (yumru) formada düzəldirik.

Üstünə qaynar əridilmiş yağ, Bəhməz (doşab) və şəkər tozu tökürük. Bu yeməyi bəzən şəkər tozu əvəzinə bal ilə də yeyirlər.

Nuş olsun!