Resept:Şirin nazik

Vikikitab, açıq dünya üçün açıq kitablar

Tərkibi[redaktə]

Əla növ buğda unu - 700q, ərinmiş yağ - 200q, şəkər kirşanı - 115q, yumurta sarısı - 1əd., maya - 2q, zəfəran - 0,03q, duz - 1,5q.

Hazırlanma qaydası[redaktə]

520 qram un, 90q yağ və duz əlavə edilməklə mayalı xəmir yoğrulur. İçlik hazırlamaq üçün 70 qram yağa zəfəran şirəsi və şəkər kirşanı qatılıb yaxşıca qarışdırılır, sonra üzərinə tədricən 140 q un tökülüb bircinsli kütlə alınana qədər qarışdırılır. Xəmir gəldikdən sonra 3-5 mm qalınlığında yayılır, üzərinə yağ sürtülüb bir neçə dəfə qatlanmaqla qat-qat xəmir əldə edilir. Xəmirin ortasına içlik qoyulur, kənarları qatlanaraq mərkəzə birləşdirilir və 10-12 mm qalınlıqda yayılır. Beləliklə qat-qat xəmirdən hazırlanmış içlikli kökə yağlı listə qoyulub, üzərinə yumurta sarısı sürtülür, çəngəllə bəzək vurulur. Şirin nazik 200-220° S temperaturda 25-30 dəqiqə bişirilir.

Mənbə[redaktə]

Xarici keçidlər[redaktə]

Həmçinin bax[redaktə]