Resept:Ətli lobya şorbası
Naviqasiyaya keçin
Axtarışa keçin
Ətli lobya şorbası - sulu yemək.
Tərkibi[redaktə]
Hər pay üçün:
- 163 q qoyun əti,
- 80 q qırmızı lobya,
- 20 q yağ,
- 20 q baş soğan,
- duz,
- istiot.
Hazırlanma qaydası[redaktə]
Hərəsi 40 q çəkidə 2-3 tikə qoyun əti suda bişirilir. Lobya yuyulub isladılır və ətə qatılıb bişirilir. Baş soğan doğranır və yağda qızardıldıqdan sonra şorbaya qatılır. Sonra şorbaya duz və istiot vurulub bişirilir.