Məzmuna keç

Resept:Böyrək kababı

Vikikitab, açıq dünya üçün açıq kitablar

Böyrək kababı - Azərbaycanın milli yeməyi.

Tərkibi

[redaktə]

Hər payına

  • 250 q qoyun böyrəyi,
  • 5 q kərə yağı,
  • 30 q baş soğan,
  • 10 q cəfəri,
  • 3 q sumax,
  • istiot
  • duz

Hazırlanma qaydası

[redaktə]

Burada qoyun böyrəklərinin pərdəsi soyulub soyuq suda yuyulur, sonra isə eninə tərəf hərəsi iki hissəyə bölünür, duzlanıb şişə taxılır və üstünə yağ sürtülərək manqalda kömür üzərində qızardılır. Buna qızardan vaxtda da arabir yağ sürtülür. Böyrək kababı süfrəyə veriləndə yanına halqavari doğranmış baş soğan qoyulub üstünə doğranmış göyərti səpilir və ayrıca da sumax və döyülmüş istiot verilir.

Qeyd: yay vaxtı böyrək kababının yanına şişdə qızardılmış pomidor qoyulur

Mənbə

[redaktə]

Həmçinin bax

[redaktə]